“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Hacıqabul Rayon Komitəsi öz nəzdində olan təhsil müəssisələrində çalışan ittifaq üzvlərinin sosial-iqtisadi hüquqlarını, təşkilatı-texniki, sanitar-gigiyena, müalicə-profilaktika bundan başqa işçilərin təhlükəsiz və sağlam şəraitində işləmək hüquqlarını qorumağı özünün əsas vəzifələrindən birini hesab edir.

Komitə fəaliyyətini əsasən əmək münasibətlərinin düzgün tənzimlənməsində, ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsində, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında görür .Bu səbəbdən ittifaq üzvlərinin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təkliflərlə çıxış edir.

İlk həmkarlar təşkilatlarının sədirləri ilə sıx əməkdaşlığın nəticəsidir ki,  ittifaq üzvləri asudə vaxtlarını səmərəli istirahət və müalicə ocaqlarında keçirir.Sanatoriya-kurort yollayışların ədalət və düzgünlük prinsipləri əsasında  verilməsi ,həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbrlər bunun baris nümunəsidir.

Hacıqabul Rayon Komitəsi tərəfindən görülən işlər , keçirilmiş mədəni-kütləvi tədbirlər, idman və intelektual inkişaf tədbirlər Komitənin

 

Yeni üzvlərin cəlb edilməsi

Təyinatla gələn gənc müəllimləri Həmkarlar İttifaqın üzvlüyünə qəbul etməkdə də Komitənin rolu böyükdür. Onları ictimai vəzifəyə cəlb etmək üçün geniş təbliqat aparılır. Gənc müəllimlərimiz tutduğu vəzifələrdən irəli çəkildiyi zaman gender bərabərliyinə riayət olunmasına nəzarət edilir. İstedadlı gənclərə dövlət qayğısı, yaradıcı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasına daim nəzarət edilir. İstedadlı gənclərlə məqsədyönlü iş aparılır. Rayonbun gəncləri beynəlxalq tədbirlərdə iştirakı, dərs ili ərzində müxtəlif fənn olimpiadalarda, idman yarışlarında rayonumuzu təmsil edib layiqli yerlər tutanlar, inşa müsabiqələrinin qalibləri ETİHİ Hacıqabul Rayon Komitəsi tərəfindən Diplom və qiymətli hədiyyələrlə təltif olunur.



İttifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqları və qanuni mənafelərinin qorunması

Həmkarlar İttifaqı bu gün ölkənin ictimai həyatında öz fəallığı ilə seçilən, dövlətçiliyə sədaqətlə xidmət edən təşkilatdır. O bütün qüvvəsini işçilərin əmək və digər hüquqlarının sosial müdafiəsi o cümlədən sağlamlığın qorunmasının və istirahətinin təşkili məsələlərinin ədalətli həllinə yönəldib. ETİHİ Hacıqabul Rayon Komitəsi də çalışır ki, öz işini bu istiqamətdə və günün tələbləri səviyyəsində qursun.

İşçilərlə işəgötürənlər arasındakı münasibətlərin yeni dövrün tələbləri əsasında dəyərləndirməsi, tərəflərinin hüquq və vəzifələrinin qanunvericilik çərçivəsində tənzimlənməsi həmkarlar ittifaqı tərəfindən uğurla həyata keçirilir və daim nəzarətdə saxlanılır.

Bu gün təhsil işçilərinin sosial rifah halını yaxşılaşdırılması eləcə də sosial müdafiəsinin gücləndirilməsi, ölkə Prezidenti tərəfindən müxtəlif Fərman və Sərəncamların verilməsi təhsil işçilərində sabaha inam yaradır və daha yaxşı işləməyə çağırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtaşırı olaraq təhsil işçilərinə respublikanın orden, medal və Fəxri adları təltif olunması buna baris nümunədir. ETİHİ Hacıqabul Rayon Komitəsinin nəzdində olan 38 təşkilatında 1401 - nəfər ittifaq üzvü var. Onlardan 6 - nəfəri “Əməkdar müəllim” adını daşıyır, 5 - nəfər “Qabaqcıl təhsil işçisi”, 6 - nəfər “Tərəqqi medal” la təltif olunmuşdur.1- nəfər Elmlər namizədidir.

Bu gün təhsil işçiləri öz hüquqlarının müdafiəsi kimi bir təşkilat tanıyır o da həmkarlar təşkilatıdır. Həmkarlar İttifaqın gücü isə ilk həmkarlar təşkilatındadır. ETİHİ Hacıqabul Rayon Komitəsi çalışır ki, hər bir işçinin sosial müdafiəsinə qayğı ilə yanaşsın. Onların asudə vaxtını səmərəli keçirmək üçün lazımi tədbirlər həyata keçirir. Belə ki, respublikamızın gözəl güşələrinə ekskursiyalar təşkil olunur.

ETİHİ Hacıqabul Rayon Komitəsi çalışır ki, ittifaq üzvlərinin sosial müdafiəsinin təşkilində, o cümlədən əmək normaların və iş rejimin müəyyənləşdirilməsində ədalətli və düzgün dərs bölgüsünün aparılmasında, pedaqoji işçilərin tarifləşməsində, əmək haqların və digər müavinətlərin vaxtında və düzgün ödənilməsində nəzarətini gücləndirsin.

Qabaqcıl pedaqoji işçilərin yubileylərinin təşkili, 65 yaş həddinə çatmış ittifaq üzvlərinin əmək fəaliyyətlərinə xitam verilərkən onları layiqincə təqaüdə yola salınması ETİHİ Hacıqabul Rayon Komitəsin əsas preoritet məsələlərindən biridir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

ETİHİ Hacıqabul Rayon Komitəsinin nəzdində olan 38 təşkilatında 1401 - nəfər ittifaq üzvü var. Onlardan 6 - nəfəri “Əməkdar müəllim” adını daşıyır, 5 - nəfər “Qabaqcıl təhsil işçisi”, 6 - nəfər “Tərəqqi medal” la təltif olunmuşdur.1- nəfər Elmlər namizədidir.

Hacıqabul Rayon Komitəsinin fəaliyyət istiqamətləri: