Xəbərlər
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Hacıqabul təhsil işçilərinin Qarabağa unudulmaz səfəri

Hacıqabul təhsil işçilərinin Qarabağa unudulmaz səfəri
Hacıqabul rayonunun məktəb direktorları və təhsil işçiləri ilə birlikdə Qarabağın dilbər guşələrinə — Şuşa və Xankəndiyə səfər etmək, bu müqəddəs torpaqlarımızı ziyarət etmək nəsib oldu.
Səfərimiz çərçivəsində Şuşanın Cıdır düzü, Əsgəran qalası, Ağdam Cümə məscidi və Qarabağ Universiteti ilə tanış olduq. Hər bir məkan bizdə böyük qürur, sevinc və unudulmaz təəssüratlar yaratdı.
Qarabağda olmaq, illər sonra bu torpaqlarda Azərbaycanın üçrəngli bayrağını dalğalanan görmək hər birimiz üçün böyük qürur hissi idi. Bu səfər həm həmrəyliyimizi daha da möhkəmləndirdi, həm də bizə Qarabağın dirçəlişini, quruculuq və inkişafını yaxından görmək imkanı verdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qarabağımız daim çiçəklənsin, inkişaf etsin!
Bu gözəl səfərin təşkilində əməyi olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinə, iştirak edən dəyərli təhsil işçilərinə dərin təşəkkürümü bildirirəm.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Birgünlük ekskursiyalar davam edir.

Birgünlük ekskursiyalar davam edir.
ETİHİ Hacıqabul Rayon Komitəsinin dəstəyi ilə birgünlük ekskursiyalar davam edir. Şəhər 2 №-li “Gündüz” uşaq bağçası , Ələtli və Talış kənd ümumtəhsil məktəblərinin kollektivləri , Təhsil Sektorunun işçiləri də bu gəzintilərdən yararlandı. Ölkəmizin ən gözəl məkanlarından olan Mingəçevirdə , İsmayıllıda, Lerikdə və Oğuzda yaddaqalan birgünlük səfərdə oldular. Səfər iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Respublika Həmkarlar İttifaqları Konfederasiyasına dərin minnətdarlığını bildirdilər.
Cənnət görmək istəyən Azərbaycana gəlsin !

Cənnət görmək istəyən Azərbaycana gəlsin !
Etihi Hacıqabul Rayon Komitəsinin təşkilatçılığı ilə şəhər 5 və 9 nömrəli , Abdulabad kənd tam orta ümumtəhsil məktəblərinin eləcədə şəhər 1 nömrəli “Lalə” uşaq bağçasının kollektivləridə birgünlük istirahət turuna qoşuldu.
İttifaq üzvləri Şəki-Oğuzun qədim tarixini, Quba-Qusarın sıx meşələrini və Lerikin əzəmətli dağlarını gəzərək təbiətin gözəlliklərindən zövq aldılar. Gəzinti zamanı
təşkil olunmuş çay süfrəsi arxasında səmimi söhbətlər tur iştirakçılarının ruhunu və daxili münasibətlərini daha da gücləndirdi.
Hacıqabulun təhsil fədailəri bu füsunkar səyahətlərdən böyük enerji alaraq yeni tədris ilinə yüksək motivasiya ilə qayıdır. Onlara göstərilən bu qayğı və diqqətə , gözəl şəraitin yaradılmasına görə ETİHİ Respublika Komitəsinin rəhbərliyinə dərin minnətdarlığını bildirirlər.
ÖLKƏMİZİN DAHA BİR GÜŞƏSİNƏ SƏYAHƏT

ÖLKƏMİZİN DAHA BİR GÜŞƏSİNƏ SƏYAHƏT
Azərbaycanın gəzməli güşələrindən olan ecazkar Mingəçevirə birgünlük gəzinti təşkil olunmuşdu.Gərgin və məhsuldar iş fəaliyyətindən sonra rayonun Ağacanlı kənd tam orta məktəbinin ittifaq üzvlərinin asudə vaxtını səmərəli təşkili , hər bir iştirakçıya unudulmaz anları yaşatdı.
Tur iştirakçıları yadda qalan gözəl anlara görə Elm və Təhsil İşçiləri Respublika Komitəsinin rəhbərliyinə öz dərin minnətdarlığını bildirir.
ÖLKƏMİZİN SƏFALI MƏKANLARINA SƏYAHƏT

ÖLKƏMİZİN SƏFALI MƏKANLARINA SƏYAHƏT
Ölkəmizin daha bir dilbər güşələrindən olan Qax rayonuna ETİHİ Hacıqabul Rayon Komitəsinin dəstəyi ilə birgünlük ekskursiya təşkil olundu.Bu səfər rayonun Rəncbər və Meyniman kənd tam orta məktəblərinin ittifaq üzvləri üçün Qax istiqamətində təşkil olunmuşdur.
Şəhər 1 N-li və 3 №-li məktəblərinin kollektivləri isə qızmar yay günlərində Quba-Qəçreş istiqamətindəki turlarından zövq aldılar.Tur iştirakçıları müəllimlərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlığını bildirdi.
Növbəti birgünlük səfərlər davam edir.

Növbəti birgünlük səfərlər davam edir.
Təhsil İşçilərinin asudə vaxtının səmərəli təşkili ,kollektivlər arasında birlik və mehribançılığın artırılması məqsədilə ETİHİ Hacıqabul Rayon Komitəsi tərəfindən növbət marağlı birgünlük ekskursiya təşkil olunmuşdur.Belə ki, ölkəmizin gözəl güşələrindən biri olan Lerik rayonu istiqamətində şəhər 6 N-li tam orta məktəbi , Quba rayonu istiqamətində isə Muğan qəsəbə və Navahı kənd tam orta məktəblərinin ittifaq üzvləri üçün gəzinti turlar təşkil olunmuşdur.Bildiyimiz kimi Hacıqabul rayonu rayonlar arasında ən isti olan bölgələrdən biridir. Rayonun ittifaq üzvləri ölkəmizin təbii gözəllikləri, sərin buz kimi bulaqları, yaşıl meşələri yaxından görür və yadda qalan anları şəkillər vasitəsilə telefona həkk edir.Onlar bu şəraitin yaradılması və belə cənnət-məkanlara səfərlərin təşkili üçün Dövlətimizin rəhbərliyinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına dərin minnətdarlığını bildirdilər.
Növbəti gəzinti səfərimiz

Növbəti gəzinti səfərimiz
Təhsil işçilərinin sosial müdafiəsinin gücləndirməsi, sağlam istirahətinin təşkili, asudə vaxtlarının səmərəli keçirilməsi və kollektivlər arasında həmrəyliyi möhkəmləndirməsi istiqamətində ETİHİ Hacıqabul Rayon Komitəsi ardıcıl olaraq fəaliyyətini davam edir.ETİHİ Hacıqabul Rayon Komitəsinin təşkilatçılığı ilə növbəti birgünlük səfəri şəhər 2 nömrəli və 10 nömrəli məktəblərinin ittifaq üzvləri üçün İsmayıllı rayonuna təşkil olunmuşdur.Bu məqsədlə mütəmadi olaraq təşkil edilən ekskursiyalar müəllimlər tərəfindən böyük məmnunluqla qarşılanır və bu qayğıya görə onlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasıyasına minnətdarlıqlarını bildirir.
CƏNNƏT GÖRMƏK İSTƏYƏN AZƏRBAYCANA GƏLSİN !

CƏNNƏT GÖRMƏK İSTƏYƏN AZƏRBAYCANA GƏLSİN !
ETİHİ Hacıqabul Rayon Komitəsi tərəfindən 26-28 iyun tarixlərdə İttifaqın üzvləri üçün birgünlük ekskursiya təşkil olunmuşdur.Şəhər 4 nömrəli, 8 nömrəli ,Qarasu kənd tam orta məktəblərinin kollektivləri və Uşaq Gənclər İdman Şahmat Məktəbinin məşqçi-müəllimləri ölkəmizin ən gözəl məkanları olan Şəkidə və Lerikdə yaddaqalan birgünlük səfərdə oldular. Səfər iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına dərin minnətdarlığını bildirdilər.
GÖZƏL PEŞƏDİR MÜƏLLİM OLMAQ

GÖZƏL PEŞƏDİR MÜƏLLİM OLMAQ
Böyük səhnələrə gətirdin bizi, ömrünü-gününü həsr etdin bizə
Sənəti yaşatdın, saçı ağartdın , qürurumuz,canımızsan , müəllim.
Allahverdi Dadaşov adına şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri İmanova Seyidzöhrə Xalıq qızı və Murtuzova Mətanət Mahmud qızı məhz belə müəllimlərdəndir. Koroğlu 3 günə 5 günə deyirdi “Bir igidin ömrü”.Bu müəllimlər isə yetişdirdikləri, yola saldıqları şagirdlərin sayı qədər igid ömrünü yaşayıblar. Məktəbin kollektivi hər iki müəlliməni 65 yubiley yaşı münasibətlə təntənəli şəkildə təbrik etdi və yolasalma mərasimi keçirdi. Tədbirdə ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri Kifayət Əmirbəyova iştirak etmiş, yubilyarlara can sağlığı arzulamış , onlara Fəxri Fərman ,gül dəstələri və qiymətli hədiyyə təqdim etmişdir.


